Putindən Rusiyada yaşayan miqrantlarla bağlı qadağa - İMZALADI

Rusiya prezidenti Vladimir Putin rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanunu imzalayıb. 

Dec 28, 2024 - 15:44
Putindən Rusiyada yaşayan miqrantlarla bağlı qadağa - İMZALADI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Sənədə görə, indi xarici vətəndaşlar Rusiya Federasiyasında olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim etdikdən sonra əsas ümumtəhsil proqramlarına qəbul ediləcəklər. 

Məktəbə qəbul olmaq, eləcə də ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsilin təhsil proqramlarını mənimsəmək üçün kifayət qədər rus dilini bilmək və imtahandan uğurla keçmək lazımdır.

İmtahanı dövlət və ya bələdiyyə təhsil müəssisələrində pulsuz vermək olacaq. Testdən keçməyənlər bu təhsil proqramları üzrə təhsil almağa buraxılmayacaqlar.

Qeyd edək ki, ölkəsində rəsmi dilin “qayğısına” qalan Rusiya rəsmiləri digər dövlətlərin ərazilərində yaşayan rusların həmin ölkələrin rəsmi dilini öyrənmə tələbini irqçilik kimi qələmə verirlər. 

Xatirə SADİQ