“Peskovun nəfəsi də yalanla gedib-gəlir” - Rasim Musabəyov
“Peskovun nəfəsi də yalanla gedib-gəlir. Bir saniyəliyə təsəvvür edin ki, Azərbaycanda 50 rusu bu cür həbs ediblər, 5 nəfər isə belə duruma düşüb. Peskov o zaman nə oxuyacaqdı? Biz onun o zaman nə deyəcəyini çox gözəl başa düşürük. İndi çıxıb cəfəngiyyat danışır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin (MM) deputatı Rasim Musabəyov “Dojd” telekanalına müsahibəsində Kremlin sözçüsü Dmitri Peskovun Yekaterinqburq hadisələri ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Aparıcının “Necə hesab edirsiniz Yekaterinburqda baş verənlərdən sonra Rusiya Azərbaycanla münasibətlərini hansısa yolla xilas edə bilər? Rusiya rəhbərliyi Azərbaycan hakimiyyətinin gözündə yaxşı adını bərpa etmək üçün nə etməlidir?” sualına cavabında azərbaycanlı deputat bildirib ki, Azərbaycan bu hadisədən zəruri nəticələrini çıxaracaq.
O, Yekaterinburqdakı azərbaycanlı miqrantlara qarşı törədilmiş bu yolverilməz əməliyyatın əmrinin Kremlin qüllələrindən birindən verilməsini istisna etməyib.
Müsabəyovun sözlərinə görə, Kremldən həyasız təzyiqi qarşısında Azərbaycan baş əymək niyyətində deyil, hərçənd Azərbaycanın Rusiyanın düşməninə çevrilməsi də gərəksizdir: “Amma bu o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında məsafə daha da dərinləşəcək və həyata keçirilməli olan bütün layihələr gələcəyə qədər təxirə salınacaq”.
Rusiya KİV-nin Səfərovlar ailəsinin kriminal keçmişinə dair məlumatlar yaydığına gəlincə, MM üzvü deyib ki, bu, cəfəngiyyatdır: “Ancaq görünür, Rusiya KİV-i üçün bu normadır”.
Rasim Musabəyov xatırladıb ki, iddia edilən cinayət işinin guya 2001-ci ildə baş verdiyi bildirilir. Qətlə yetirilən də azərbaycanlıdır və Səfərovların həmyerlisidir. “Bu iş üzrə heç nə sübut olunmayıb. Heç kim bu şəxsləri ifadə verməyə dəvət etməyib və onlar da bundan yayınmayıblar. Amma 50 nəfərə bu cür güc təzyiqi nümayiş etdirilib. Onları məhkəməyə gətirəndə necə işgəncələr verildiyi göründü. Tutaq ki, onların kriminal keçmişi olub. Bu, məgər sübuta yetirilməmiş ittihama görə iki nəfəri qətlə yetirməyə və üç nəfəri reanimasiyaya göndərməyə əsas verirmi?”, - deyə Musabəyov sual edib.
O, xatırladıb ki, Rusiyada antimiqrant əhval-ruhiyyəsinin şüurlu şəkildə qızışdırıldığını düşünür. Çünki çar Rusiyası dönəmində günahkar həmişə yəhudilər, Stalin dönəmində isə xalq düşmənləri və digərləri hüsab olunurdu.
Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabrında qəzaya uğramasının təsiri barədə suala cavabında Musabəyov belə deyib:
“Bu, qəza deyildi, cinayət idi. Sərnişin layneri Rusiya səmasında atəşə tutuldu, Qazaxıstan ərazisində düşdü. Amma Azərbaycan bundan sonra da Rusiyanın araşdırma aparacağını, günahkarları cəzalandıracağını, üzr istəyəcəyini, təzminat ödəyəcəyini gözləyirdi. Amma, təbii ki, bu cinayət Rusiya-Azərbaycan münasibətlərində öz mənfi izlərini qoydu. Buna baxmayaraq, Azərbaycan bu münasibətləri yenə də hansısa normaya gətirməyə çalışırdı. İqtisadi əlaqələr davam edir, bəzi layihələr həyata keçirilirdi”.
Bu məqamda azərbaycanlı deputat xatırladıb ki, İranla İsrail arasında 12 günlük müharibə başlayanda Rusiya vətəndaşlarının İrandan çıxarılması məqsədilə Azərbaycan oz quru sərhədlərini açmalı oldu: “Onların arasında Simfonik Orkestrin kollektivi, mədəniyyət naziri, kinoqrup və başqaları vardı. Sərhədlərimiz bağlı olsa da, onların xilas olması naminə açıldı. Rusiya vətəndaşları qarşılandı, xüsusi olaraq 15 avtobus göndərildi. Onlarə yeməklə təmin etdilər, oteldə pulsuz yerləşdirdilərŞ sonra isə Moskvaya göndərdilər. Bunlar Azərbaycanın Rusiyaya doğru atdığı addımlardır. Biz isə Rusiyanın azərbaycanlılara qarşı hansı addımlar atdığını görürük”.
Xatirə SADİQ