Tramp Putinin şərtini açıqlayıb - “Torpaq mübadiləsi…”

“Vladimir Putin ərazi mübadiləsi məsələsinin müzakirə olunacağı təqdirdə sülh danışıqlarına gedə bilər”.

Aug 7, 2025 - 16:23
Tramp Putinin şərtini açıqlayıb - “Torpaq mübadiləsi…”

SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gümanı avqustun 6-da Ukrayna prezidenti Volodimir Zelenski və avropalı müttəfiqləri ilə telefon danışığı zamanı səsləndirib. 

“France-Presse” agentliyinin məlumatına görə, avropalı liderlədən Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte bu söhbətdə iştirak ediblər.

Qeyd edilib ki, Ağ Ev rəhbəri atəşkəs perspektivlərinə çox nikbin yanaşıb.

Xatirə SADİQ