“Zelenski ilə görüşə qarşı deyiləm” - Putin
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib.
SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bunu Putin Kremldə Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşün yekunlarına dair jurnalistlərlə söhbətində deyib.
“Mən artıq dəfələrlə demişəm ki, bütövlükdə buna qarşı deyiləm, bu, mümkündür. Lakin bunun üçün müəyyən şərait yaradılmalıdır. Bax belə şəraitin yaradılmasına, təəssüf ki, hələ çox var”, - deyə Putin iddia edib.
Rusiya dövlət başçısı amerikalı həmkarı ilə görüş üçün uyğun yerlərdən birinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olduğunu bildirib: “Bu cür tədbirin təşkilində bizə kömək etmək istəyən çoxlu dostlarımız var. Dostlarımızdan biri BƏƏ prezidentidir. Düşünürəm ki, biz qərar verəcəyik, amma bura çox uyğun yerlərdən biri olardı”.
Xatirə SADİQ