Rusiyanın “İzvestiya” telekanalının redaktoru öldürüldü - FOTO

Rusiyanın “İzvestiya” telekanalının redaktoru Maksim Yeliseyev Ukrayna cəbhəsində ölüb. 

Dec 28, 2024 - 16:17
Rusiyanın “İzvestiya” telekanalının redaktoru öldürüldü - FOTO

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, işğalçı siyasətin həyata keçirilməsi ilə məşğul olan redaktorun həyatına Ukrayna ordusunun dron zərbəsi son qoyub. 

Onun ölümünü “İsvestiya”nın müxbirləri və həyat yoldaşı təsdiqləyib.

 

Eliseev 2022-ci ilin payızından Rusiya Silahlı Qüvvələrinin (SQ) sıralarında xidmət edir. 

Redaktor könüllü olaraq hərbi xidmətə gedib və Xarkov istiqamətində qondarma “Luqansk Xalq Respublikası”nda (LXR) rabitəçi kimi xidmət edib.

Xatirə SADİQ