Astarada 71 yaşlı qadını sandığa görə öldürən qonşusu saxlanıldı - Film kimi cinayət 

Astarada qətl törətməkdə şübhəli bilinən 55 yaşlı qadın saxlanılıb.

Sep 18, 2025 - 19:07
Sep 19, 2025 - 17:58
Astarada 71 yaşlı qadını sandığa görə öldürən qonşusu saxlanıldı - Film kimi cinayət 

SAVASHMEDİA.az xəbər verir ki, qətlə yetirilən Şahimə Salayevanın qonşusu, 1970-ci il təvəllüdlü Ziba Abidova polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

O, qətli törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, sentyabrın 7-də Astara rayonunun Miki kənd sakini 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb.

İlkin məlumata görə, Ş.Salayevanın meyiti döşəmədə oturmuş halda, baş örpəyi boğazında çarpayıya bağlanan vəziyyətdə aşkarlanıb. Həmin vaxt qadının qəsd etdiyi bildirilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub.

Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazisindən tapılıb. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)