Fitso Avropa Komissiyasının bu planını bəyənmədi - “Qəbuledilməzdir…”

Slovakiyanın baş naziri Robert Fitso Avropa Komissiyasının Rusiyadan yanacaq və qaz idxalını dayandırmağa dair yeni planını bəyənməyib.

May 7, 2025 - 15:45
Fitso Avropa Komissiyasının bu planını bəyənmədi - “Qəbuledilməzdir…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dennik N portal məlumat yayıb.

Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ilə keçirdiyi mətbuat konfransında baş nazir Avropa Komissiyasını “beş dəfə ölçüb, bir dəfə kəsməyə” çağırıb.

O, əlavə edib ki, Avropa Komissiyasının hazırkı formada “yol xəritəsi” Slovakiya hökuməti üçün qəbuledilməzdir.

Fitsonun sözlərinə görə, ölkəsinin Rusiyanın “Qazprom” şirkəti ilə 2034-cü ilə qədər qüvvədə olması nəzərdə tutulan müqaviləni pozmasının fəsadlarının necə olacağını bilmir. 

Eyni zamanda baş nazir etiraf edib ki, Avropa İttifaqı Slovakiyadan yan keçərək bu planı səs çoxluğu ilə qəbul edə bilər.

Xatirə SADİQ