"Zelenski bizi eşitmək belə istəmədi" - Orbanın "Milad atəşkəsi" təklifi rədd edildi
Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın baş naziri Viktor Orbanın "milad atəşkəsi" təklifini rədd edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Viktor Orban açıqlayıb.
Onun sözlərinə görə, Macarıstan tərəfi Rusiya və Ukraynaya Milad bayramında müvəqqəti atəşkəs təklifi ilə çıxış etsə də, Zelenskinin birmənalı etirazı təşəbbüsün nəticəsiz qalmasına səbəb olub.
orban bildirib ki, Macarıstanın təklifi əsirlərin mübadiləsini də əhatə edirdi: "Zelenski təklifi eşitmək belə istəmədi və atəşkəs təşəbbüsümüzü rədd etdi".
Oğuz