“May atəşkəsi ilə bağlı yeni göstəriş yoxdur” - Kremlin sözçüsü

“Rusiyanın may atəşkəslə bağlı mövqeyi məlumdur, hazırda bu məsələ ilə bağlı yeni təlimat yoxdur”.

May 7, 2025 - 15:40
“May atəşkəsi ilə bağlı yeni göstəriş yoxdur” - Kremlin sözçüsü

SAVASHMEDİA.az TASS agentlıiyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Ukrayna PUA-larının hücumuna Rusiya Federasiyasının mümkün cavabı ilə bağlı suallarını cavablandırarkən deyib.

“Hazırki halda şərh ediləcək heç nə yoxdur. Atəşkəslə bağlı mövqeyimiz hamıya məlumdur. Bütün göstərişlər verilib, burada yeni elementlər yoxdur”, - deyə Peskov bildirib.

TASS qeyd edib ki, çərşənbə günü gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın bölgələrinə irimiqyaslı PUA hücumu həyata keçirib. 

Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva səmasında doqquz pilotsuz təyyarənin məhv edilməsi də daxil olmaqla hücumu dəf edib.

Xatirə SADİQ