Təkcə ağcaqanadları öldürmür, həm də xərçəng yaradır - ŞOK ARAŞDIRMA
Milçək və ağcaqanadlardan qorunmaq üçün istifadə olunan kremlərin, spreylərin, evdə yandırdığımız kağız formalı və elektriklə işləyən dərmanların tərkibində zəhərli maddə var.
SAVASHMEDİA.az xəbər verir ki, bunu aparılan araşdırmaların nəticəsi göstərib.
Araşdırmaya görə, bu məhsulların tərkibində olan DEET (N,N-Dietilmetilbenzamid/ N,N-Dietilmetatoluamid) zəhərli kimyəvi maddədir. DEET 1946-ci ildə ABŞ ordusu üçün hazırlanıb, 1957-ci ildən isə sivil vətəndaşların da istifadəsinə verilib.
Pestisidlərin bir növü olan bu kimyəvi zəhərlə bağlı sindrom da var.
Ədəbiyyata sirli xəstəlik kimi daxil olan “Körfəz müharibəsi sindromu”...
Körfəz müharibəsi zamanı əsgərlərini zərərli həşarat, milçək və ağcaqanad sancmasından ehtiyyat edən ABŞ onlara DEET tərkibli spreylər verib. Müharibədən sonra bu spreyləri istifadə edən əsgərlərdə meydana gələn xroniki baş ağrısı, miqren, halsızlıq, huşsuzluq, kəskin nəfəs darlığı, dəri problemləri, xərçəng kimi xəstəliklər DEET-lə əlaqələndirilib.
DEET tərkibli dərmanların havadan təmizlənməsi də çətindir. Yəni həşaratları öldürdükdən sonra pəncərəni açıb otağı havalandırsanız belə bu dərmanların təsirindən xilas ola bilməyəcəksiniz.
Son illərdə aparılan araşdırmalar isə DEET tərkibli milçək və ağcaqanad dərmanlarının istifadəsinin bu problemləri yaratdığını göstərib:
Allergiya
Həddindən artıq səpki və qızartı ilə müşayiət olunur. Bu simptomlarla xəstəxanaya müraciət edən xəstələrdən ikisi həyatını itirib.
Qıcolmalar
Dörd il ərzində bildirilən 21 min DEET-ə məruzqalma hadisəsi araşdırılıb. Onların 73 faizində qıcolmanın DEET-ə görə olduğu müəyyənləşib.
Beyin zədələnməsi
Araşdırmaya görə, DEET insanlarda (xüsusən də uşaqlarda) qalıcı beyin zədələnməsi yaradır.
Xərçəng xəstəliyi
Araşdırmalar göstərib ki, davamlı bu dərmanlardan istifadə edən insanlarda xərçəng xəstəliyinə tutulma riski yüksəkdir.
Banu