Kobaxidze həm də hakim partiyanın sədri oldu
Baş nazir İrakli Kobaxidze hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının yeni rəhbəri seçilib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Paragraph otelində keçirilən qurultayda partiya üzvləri onun namizədliyinə yekdilliklə səs veriblər.
Kobaxidze çox xoşbəxt və qürurlu olduğunu bildirib.
“Gürcü Arzusu”na sədrlik böyük məsuliyyətdir və eyni zamanda, əlbəttə ki, böyük şərəfdir. Dəstəyinizə görə hər birinizə təşəkkür etmək istəyirəm”, - deyə o, qurultay iştirakçılarına müraciət edib.
“Gürcü Arzusu”nun keçmiş sədri, keçmiş baş nazir İrakli Qaribaşvili aprelin 25-də partiyadan və siyasətdən getdiyini bəyan edib. O, müxalifətə keçəcəyini istisna edib.
Qeyd edək ki, müxalifət liderləri Qaribaşvilinin partiyadan gedəcəyini dəfələrlə vurğulamışdılar.
Kobaxidze bundan öncə partiyaya 2021-ci ilin yanvarından 2024-cü ilin fevralına qədər rəhbərlik edib. Sonradan İrakli Qaribaşvilini partiyanın, Kobaxidze isə hökumətin başına keçib.
2012-ci ildə yaradılan “Gürcü arzusu” həmin ilin payızında hakimiyyətə gəlib. Partiyaya müxtəlif illərdə onun qurucusu Bidzina İvanişvili və keçmiş baş nazir Giorgi Kvirikaşvili rəhbərlik ediblər.
Xatirə SADİQ