Kanada bu məsələdə “va-bank” gedir

Kanada hökuməti 150 milyard Kanada dolları dəyərində rüsumlar tətbiq edəcəyi Amerika istehsalı olan malların ilkin siyahısını tərtib edib.

Jan 16, 2025 - 13:16
Kanada bu məsələdə “va-bank” gedir

SAVASHMEDİA.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir. 

Agentlik mənbəyə istinadən yazır ki, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Kanada mallarına rüsum tətbiq etmək qərarına gələcəyi təqdirdə, Kanada hökuməti bu Amerika malları ilə bağlı analoji addım atacaq.  

Mənbənin sözlərinə görə, ABŞ-nin nə etdiyindən asılı olaraq Kanada əlavə tariflərlə ilkin siyahını zənginləşdirə bilər. 

Agentlik vurğulayıb ki, ilkin siyahıda olan məhsulların adları açıqlanmır.

Xatırladaq ki, Kanada mallarına 25 faiz rüsum tətbiq etməklə Ottavanı hədələyən Tramp Trüdo hökumətini ticarət və immiqrasiya məsələsini həll edə bilməməkdə günahlandırmışdı.

Bu təhdidlər fonunda Trüdo və Tramp arasında aparılan danışıqlar Trampın Kanadanı “ABŞ-nin 51-ci ştatı” kimi adlandırması ilə yadda qaldı. Yanvarın 8-də Tramp Kanadanı ABŞ-nin bir hissəsi kimi təsvir edən xəritələr dərc etdi. 

Xatirə SADİQ