"Ukrayna davam gətirəcək" - Zelenski 

“Ukraynanı və ukraynalıları yer üzündən silmək üçün bütün cəhdlər düşmən imperiyalarının dağılması ilə başa çatıb”.

Oct 1, 2025 - 14:46
"Ukrayna davam gətirəcək" - Zelenski 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski ölkənin Müdafiəçiləri Günü münasibətilə keçirilən mərasimdə deyib. 

“Ukraynanı fəth etmək üçün edilən hər cəhd yalnız Ukraynanın intibahı ilə başa çatıb. Ukraynanı və ukraynalıları yer üzündən silmək üçün edilən bütün cəhdlər düşmən imperiyalarının parçalanması ilə nəticələnib. Ukrayna bunu istəyənlərin hamısına davam gətirdi. Şübhəsiz ki, Ukrayna indi də bu Rusiyanın qarşısında davam gətirəcək”, - deyə Zelenski vurğulayıb.

Xatirə SADİQ