Ərdoğanın kürəkəni tanınmaz halda - FOTO
Türkiyənin sabiq xəzinə və maliyyə naziri Bərat Albayrağın yeni fotosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur müğənni Sinan Akçıl Bərat Albayraqla çəkdirdiyi şəklini paylaşıb.
Vəzifədən getdikdən 5 il sonra görüntülənən B.Albayrağın yaşlanaraq çox dəyişdiyi diqqətdən yayınmayıb.
Sinan Akçıl Albayraqla çəkdirdiyi fotosuna “Birgə 3 saatlıq möhtəşəm səhər söhbəti. Ölkəm üçün bilinən və bilinməyən xidmətləri ilə qürur duyduğum bir gənc şəxsiyyət. 47 yaşına iki nazirlik sığışdırmış səngər adamı. İndi də “NUN məktəbləri” ilə bir nəslin möhtəşəm məktəblərdə yetişməsinə körpü və səbəb olur” şərhini yazıb.
Qeyd edək ki, Bərat Albayraq 2015-ci ilin 24 noyabrından 2018-ci ilin 10 iyununa qədər Türkiyənin enerji və təbii sərvətlər naziri vəzifəsini icra edib. 2018-ci ilin 10 iyununda Türkiyənin xəzinə və maliyyə naziri təyin olunub.
O, səhhətindəki problemlər səbəbi ilə 2020-ci ilin 10 noyabrında vəzifəsindən istefa verib. Bərat Albayraq 2004-cü ildən prezident Rəcəb Tayyib Ərdoğanın böyük qızı Esra Ərdoğan Albayraqla evlidir. Albayrağın bu evlilikdən 3 oğul, 1 qız övladı var.
Banu
Bərat Albayraq