“Məni 2008-də ölkəni təslim etmədiyimə görə cəzalandırırlar” – Mixail Saakaşvili

Gürcüstanın eks-prezidenti Saakaşvili öz cəzasını “həbsxanada məhv” və “Zelenskiyə ismarıc” kimi qiymətləndirib. 

Mar 17, 2025 - 15:24
“Məni 2008-də ölkəni təslim etmədiyimə görə cəzalandırırlar” – Mixail Saakaşvili

SAVASHMEDİA.az “Exo Kavkaza”ya istinadən xəbər verir ki, bunu Saakaşvili Tiflis Şəhər Məhkəməsində çıxışı zamanı deyib. O, məhkəmə prosesinə klinikadan videobağlantı vasitəsilə qoşulub.
 
“Mən həbsdə də, ölümdən sonra da sizin üçün təhlükəli olacağam. Siz Gürcüstanın azadlığı ideyasını və Saakaşvilinin ruhunu məhv etməyəcəksiniz. Biz mübarizə aparırıq və qalib gələcəyik. Bu qərar təkcə məndən qisas almaq deyil. Bu, Zelenski üçün təhdiddir. Ukraynanı təslim etməsə, onu nələrin gözlədiyini onlara göstərmək istəyirlər. Mən 2008-ci ildə ölkəni təslim etmədiyimə, 2004-cü ildə Acarıstanı Gürcüstanın yurisdiksiyasına qaytardığıma, korrupsiyaya qalib gəldiyimə, öz cibim üçün deyil, xalq üçün mübarizə apardığıman görə cəzalandırılıram”, - deyə Saakaşvili diqqətə çatdırıb.

Xatirə SADİQ