Kreml mövzuları açıqlamaqdan imtina etdi

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar martın 18-nə planlaşdırılıb, lakin mövzular açıqlanmayacaq”.

Mar 17, 2025 - 16:20
Kreml mövzuları açıqlamaqdan imtina etdi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmiti Peskov jurnalistlərə deyib. 

Kremlin sözçüsü iki presidentin hansı mövzuları müzakirə etməyi planlaşdırdığı barədə sualı cavablandırmaqdan imtina edib. 

“Biz heç vaxt bunu etmirik. Heç vaxt hadisələri qabaqlamırıq. Söhbət doğrudan da hazırlanır. Lakin bizim anlayışımıza görə, təbii ki, iki prezident arasında danışıqların məzmunu apriori müzakirəyə məruz qalmır. Ona görə də biz bunu etməyəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb. 

Qeyd edək ki, rusiyalı həmkarı ilə martın 18-də danışacağı barədə xəbəbri jurnalistlərə Donald Tramp çatdırıb. O, bildirib ki, söhbət zamanı Ukraynadakı münaqişə kontekstində ərazilər məsələsini qaldırmaq, eləcə də elektrik stansiyalarına nəzarəti müzakirə etmək niyyətindədir.

Xatirə SADİQ