Rusiya üzr diləməli olacaq – fransız filosofu
“Putin və onun mirası ilə işini bitirdikdə Rusiya üzr istəməli olacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində frans;z filosofu, yazarı və siyasi xadimi Bernar-Anri Levi deyib.
Dmitri Qordonun “Gördüyümüz barbarlığa görə Rusiya xalqı və Rusiya cavabdehdirmi? Alman xalqının bir vaxtlar alman nasizminin cinayətinə görə etdiyi kimi, rus xalqının da tövbə etməsinə inanırsınızmı?” sualına Bernar-Anri Levi “Əlbəttə” cavabını verib.
“Alman xalqı, fransız xalqı bunu etdi. Fransız xalqı marşal Petenlə əlaqəli petainizm adlanan şəxsi faşizmimiz üçün üzr istədi. Fransız xalqı üzr istədi. Bu, demək olar ki, 50 il çəkdi. Bu, uzun müddətdir. Fransa Respublikasının prezidenti Jak Şirak Fransa adından üzr dilədi. Birinci Almaniya üzr dilədi. Rusiya Putin və onun mirası ilə işini bitirdikdə, üzr diləməli olacaq: bütövlükdə Rusiya və rus xalqı. Təbii ki, insanlar layiq olduqları liderləri alırlar. Rusiyada elə insanlar var ki, onlar sadəcə qorxaqdırlar. Bir gün uşaqlarından belə qorxaq olduqları üçün bağışlanmalarını xahiş etməli olacaqlar”, - deyə fransız siyasətçisi vurğulayıb.
Xatirə SADİQ