Kanadalılar “nüvə silah”ını amerikalılara yasaqlamaq istəyirlər

Kanada sakinləri ölkələrinə məxsus “Pornhub” saytının ABŞ üçün qadağa qoyulmasını təklif edirlər.

Mar 17, 2025 - 16:25
Kanadalılar “nüvə silah”ını amerikalılara yasaqlamaq istəyirlər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Post” yazır.

Məlumata görə, böyüklər üçün saytı “Kanadanın nüvə silahı” adlandıran yumorist Metyu Pujitski bu ideyanı irəli sürüb. Nəşr qeyd edir ki, “Pornhub” Kanada sahiblərinə məxsusdur. 

“Əgər Kanada ştatlarda “Pornhub”a qadağa qoya bilsə, biz ticarət müharibəsində qalib gələcəyik. Vəssəlam”, - deyə yumorist bildirib. 

Daha sonra Kanada hakimiyyətinə saytın ABŞ-da fəaliyyətinə qadağa qoyulmasını tələb edən petisiya təşkil edilib. 

“Pornhub” ayda 3 milyondan çox baxışla ABŞ-də ən çox girişi olan saytdır.

Xatirə SADİQ