Budepeşt mövqeyini bu zəngdən sonra dəyişib – “Politico”

Macarıstanın Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının uzadılmasına səs verməyə razılaşmasının əsas səbəbi məlum olub.

Mar 17, 2025 - 16:28
Budepeşt mövqeyini bu zəngdən sonra dəyişib – “Politico”

SAVASHMEDİA.az “Politoco”ya istinadən xəbəbr verir ki, bu, Vaşinqtonun çağırışından sonra baş verib. 

Nəşr xatırladır ki, yanvar ayında Macarıstan Donald Trampın Ağ Evə qayıtmasını əsas gətirərək, Rusiyaya qarşı sanksiyaların müntəzəm olaraq yenilənməsinə veto qoyacağı ilə Aİ-ni hədələyirdi. Lakin Budapeştin mövqeyini dəyişən elə ABŞ olub. 

“Politico”nun məlumatına görə, Birləşmiş Ştatların dövlət katibi Marko Rubio macarıstanlı həmkarı Peter Siyartoya zəng edərək, onu blokun sanksiya sistemini pozmamağa çağırıb. Bu, Macarıstanın fikrini dəyişdirib. 

Bundan əvvəl media ABŞ-nin Macarıstanı Rusiyaya qarşı sanksiyaların uzadılmasına bir həftədən artıq səs verməyə inandırmağa çalışdığını, bunun nəticəsiz qaldığını yazmışdı. Macarlar sanksiyalara məruz qalan 2200-dən çox Rusiya vətəndaşından səkkizinin siyahıdan çıxarılmasını istəyiblər. Səkkiz addan dördünün siyahıdan çıxarılması nəticəsində güzəşt əldə olunub. 

Xatirə SADİQ