“Telegram”ın qurucusu bu xəbəri təsdiqlədi
“Telegram”ın qurucusu Pavel Durov Fransanı tərk edərək Dubaya qayıtmasına icazə verildiyini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Durov öz kanalında bildirib.
Onun sözlərinə görə, tətbiqdəki cinayətkarların fəaliyyəti ilə bağlı araşdırma hələ də davam edir, lakin o, evə qayıtmaqdan məmnundur.
Durov bunun baş verməsinə imkan yaradan istintaq hakimlərinə, vəkillərinə və komandasına minnətdarlıq bildirib. Onun sözlərinə görə, vəkilləri və komandası mötədillik, əməkdaşlıq və cinayətlə mübarizədən söhbət gedəndə “Telegram”ın bu illər ərzində öz qanuni öhdəliklərini nəinki yerinə yetirdiyini, həm də onları aşdığını nümayiş etdirmək üçün yorulmaz səylər göstəriblər.
Qeyd edək ki, bundan öncə “France-Presse” agentliyi xəbər vermişdi ki, Durova müvəqqəti olaraq Fransanı tərk etməyə, Birləşmiş Ərəb Əmirliklərinə “bir neçə həftə” səyahətinə icazə verilib.
“Telegram”ın qurucusu mütəşəkkil cinayətkarlığa iddia edilən yardımla bağlı çoxsaylı qanun pozuntularında ittiham olunur.
Xatirə SADİQ