İsrail öldürdüyü İran komandirlərinin yerini bu yolla öyrənibmiş

İsrail hərbçiləri iyun ayında öldürdükləri İran komandirləri və alimlərinin yerini onların cangüdənlərinin telefonları vasitəsi ilə izləyib.

Aug 31, 2025 - 00:38
İsrail öldürdüyü İran komandirlərinin yerini bu yolla öyrənibmiş

Bu barədə "The New York Times" (NYT) öz mənbələrinə istinadən məlumat verib.

Nəşrin yazdığına görə, İran kəşfiyyat xidmətləri İsrailin Tehranda prezident Məsud Pezeşkian da daxil olmaqla yüksək rütbəli İran rəsmilərinin yerləşdiyi bunkerə zərbə endirməsindən sonra təhlükəsizlikdə boşluqların olduğunu deyib.

İddialara görə, İsrail elektron cihazları “ehtiyatsızlıqla istifadə edən” və sosial mediada məlumat yayan cangüdənlərin telefonlarına nüfuz edərək onların yerini müəyyən edib.

NYT-nin məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei insidentdən sonra təhlükəsizlik tədbirlərini gücləndirib. Cangüdənlərə mobil telefon qadağan edilib.

Nəşr qeyd edir ki, İran hakimiyyəti İsrailin hərbi qulluqçuların və alimlərin hərəkətlərini bu şəkildə izləməsindən “çoxdan şübhələnir” və indi mühafizəçilərə yalnız xüsusi rabitə vasitələrindən istifadə etməyə icazə verilir.

teleqraf