Bakıda bu yol sentyabrın 21-dək bağlandı - XƏBƏRDARLIQ
30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış "Formula-1" yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
SAVASHMEDİA.az bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Marqarita pizza
Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.