MİT Xomeyni ilə bağlı "tam məxfi" sənədi yaydı: Kod adı “Belli” - FOTO 

Türkiyə kəşfiyyatı İran İslam İnqilabının banisi sayılan Ayətullah Ruhullah Xomeyni ilə bağlı olduqca məxfi sənədləri ictimaiyyətə açıqlayıb.

Apr 29, 2026 - 21:35
MİT Xomeyni ilə bağlı "tam məxfi" sənədi yaydı: Kod adı “Belli” - FOTO 

SAVASHMEDİA.az bildirir ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) açıqladığı materiallara əsasən, Xomeyni 4 noyabr 1964-cü ildən 5 oktyabr 1965-ci ilə qədər Türkiyədə yaşayıb və bu müddət ərzində təhlükəsizlik strukturlarının daimi nəzarəti altında olub.

1964-cü il 11 noyabr tarixli və “tam məxfi” statusu daşıyan sənəddə onun Bursada məskunlaşdığı göstərilir. Həmin sənəddə, həmçinin yazışmalarda Xomeyninin “İranlı qonaq” kimi qeyd edildiyi və ölkəyə “Belli” kod adı ilə daxil olduğu diqqətə çatdırılıb.

Oğuz