"Nə baş verdi ki, Tramp dəyişdi?" - Peskov təəccüb içindədir
“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında son telefon danışığı praqmatik və işgüzar olub”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, dialoqdan qısa müddət sonra Trampın Rusiyaya qarşı ritorikasını dəyişib.
“Sonuncu danışıq öz mövqelərində möhkəm dayanan, lakin bir-birini dinləməyə hazır olan insanlar arasında praqmatik, işgüzar söhbət idi”, – o bildiribş
Qeyd edək ki, iyulun 3-də Putin və Tramp arasında ilin əvvəlindən bəri altıncı telefon danışığı olub. Onlar Ukraynadakı nizamlanmanı, Yaxın Şərqdəki vəziyyəti, Rusiya ilə ABŞ arasında iqtisadi layihələri müzakirə ediblər. Daha sonra Putin qeyd edib ki, Moskva Ukrayna məsələsində öz prinsiplərindən kənara çıxmaq niyyətində deyil.