Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi? – Türkiyəli nazirdən sensasion açıqlama

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.

Oct 11, 2024 - 15:23
Oct 11, 2024 - 15:24
Ermənistan Zəngəzur dəhlizinə razılıq verdi? – Türkiyəli nazirdən sensasion açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, nazir qonaq olduğu proqramda dəhlizlə bağlı Ermənistandan da müsbət siqnalların alındığını vurğulayıb.

"Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ və ya onun imkanlarını artıracaq marşrutdur. Bu, Xəzərdən Azərbaycan, Ermənistana və ya İrana, oradan da Naxçıvana və Türkiyəyə qədər uzanan yol xəttinin planlaşdırıldığı layihədir. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpası işlərinə başlanacaq, Türkiyədən keçəcək 224 km. xəttin tenderini keçirmişik, gələn ildən işlər start götürəcək”.

Hökumət rəsmisi "Xətt İrandan keçəcək, ya Ermənistandan?" sualını belə cavablandırıb:

"Danışıqları Azərbaycan tərəfi aparır, İranla da bağlı xeyli irəliləyiş var, həmçinin Ermənistanın mövqeyində də müsbət yöndə inkişafın olduğunu son günlər müşahidə edirik. Qarşıdakı proseslərdə hər şeyə aydınlıq gələcək. Və biz Türk dünyası ilə ən qısa yolla əlaqə quracağıq".

Oğuz