“Ukrayna tək deyil...” – İtaliyanın baş naziri
Gələn il 10-11 iyul tarixində Roma şəhərində Ukraynanın bərpa olunması üzrə konfrans keçiriləcək.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında İtaliyanın baş naziri Corcia Meloni çıxış edib.
Baş nazir qeyd edib ki, ölkəsi Ukraynanın yenidən qurulmasında öz rolunu oynamaqda davam edir.
“Sülh və firavan gələcəyə baxış həm də bərpaya baxış deməkdir. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, “Ukraynanın bərpası” konfransı 10-11 iyul 2025-ci il tarixlərində Romada baş tutacaq. Bu, bizim çox əhəmiyyət verdiyimiz və uzun müddət üzərində işlədiyimiz hadisədir”.
Baş nazir Ukraynanın tək olmadığını vurğulayıb: “Nə qədər lazımdırsa, biz onun yanında olacağıq”.
Xatirə SADİQ