Ermənistan rəsmisi Azərbaycana gəlir - Bakıya yox, HARA?
Dekabrda Azərbaycana gələcəyini açıqlayan Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Bakıya deyil, ölkənin başqa bir şəhərinə səfər edəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Simonyan erməni jurnalistlərə açıqlamasında səfərin paytaxtdan kənarda keçiriləcəyini bildirib.
Amma o, görüşün baş tutacağı şəhərin adını açıqlamayıb.
Ermənistan rəsmisi dekabrda Azərbaycana səfərinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyun ayında Ermənistana etdiyi səfərə cavab xarakteri daşıdığını bildirib.
Görüşdə əməkdaşlıq, texniki məsələlər və müharibələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi müzakirə olunacaq.
Oğuz