Yapon həmkarı Kelloqa məsləhət verib 

“Ukraynadakı müharibə təkcə Avropanın deyil, qlobal dünyanın problemidir”.

Sep 29, 2025 - 18:16
Yapon həmkarı Kelloqa məsləhət verib 

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq Fox News telekanalına müsahibəsində deyib.

"Keçən həftə BMT-də olarkən Yaponiyanın milli təhlükəsizlik üzrə müşaviri Masataka Okano ilə danışdım. O, dedi: “Hey, yeri gəlmişkən, başa düşdüyünüzə əmin olun – bu, beynəlxalq problemdir”. O, demək istəyirdi ki, “bizim regionda çinlilər şimali koreyalılar kimi bu məsələdə özlərini çox aqressiv aparırlar”. Yəni bu, təkcə Avropanın problemi deyil. Bu qlobal problemdir. Mən düşünürəm ki, biz bu barədə unuduruq. Biz müvafiq reaksiya verməliyik”, - deyə Ağ Evin xüsusi elçisi vurğulayıb. 

Xatirə SADİQ