Gürcüstanla vizasız rejimi dayandıracağıq – Niderland XİN

Niderland hökuməti Tiflisidə Avropayönlü etiraz aksiyaları iştirakçılarının kütləvi saxlanmasına cavab olaraq Gürcüstanla vizasız rejimin dayandırılması tələbi ilə Avropa İttifaqına (Aİ) müraciət edəcək. 

Dec 5, 2024 - 13:48
Dec 5, 2024 - 14:55
Gürcüstanla vizasız rejimi dayandıracağıq – Niderland XİN

SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Niderlandın xarici işlər naziri Kaspar Veldkamp deyib.

ATƏT üzv ölkələrin xarici işlər nazirlərinin Maltada keçiriləcək iki günlük toplantısı öncəsi jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, seçdiyi yolun bədəli olduğunu Gürcüstan hökumətinin anlaması üçün Amsterdam Aİ-yə rəsmi sorğu göndərəcək.

 O, həmçinin ATƏT-dən Gürcüstan hökumətini və onun hərəkətlərini araşdırmağı xahiş edəcəyini bildirib.

Vizasız dayandırma proseduru Aİ-nin 27 üzv dövlətindən biri və ya Avropa Komissiyası tərəfindən başlaya bilər. 

Qeyd edək ki, Brüssel uzun müddətdir ki, vizasız gediş-gəlişin dayandırılacağı barədə Gürcüstan hakimiyyətinə xəbərdarlıq edir. Bu xəbərdarlığa baxmayaraq, Gürcüstan hakimiyyəti vizasız rejimlə bağlı heç bir problem olmayacağına əmindir. 

Xatirə SADİQ