Dəməşqdə prezident sarayının yaxınlığındakı bina vuruldu - “Reuters”

Bəşər Əsədi devrildikdən sonra Suriyada hərbi əməliyyatları gücləndirən İsrail ordusu ölkənin yeni lideri Şaraanın Dəməşqdəki sarayına yaxın əraziyə zərbə endirib. 

May 2, 2025 - 14:07
Dəməşqdə prezident sarayının yaxınlığındakı bina vuruldu - “Reuters”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Agentlik qeyd edir ki, bu barədə bu gün səhər israilli hərbçilər bəyan ediblər. İsrail tərəfi hədəflə bağlı təfərrüatlara varmayıb.  

Suriyalı məmur “Reuters” agentliyinə bildirib ki, hədəf sarayın təxminən 100 metrliyində olub. Bu hadisə Suriyada sünnilər və İsrailin dəstəklədiyi druzlar arasında bir neçə gün davam edən toqquşmalardan sonra baş verib.
 
Xatirə SADİQ