Tramp İranı hədələdi – “Daşınız daş üstündə qalmaz”

ABŞ prezidenti Donald Tramp İranın ona sui-qəsd cəhdi olacağı təqdirdə bu ölkənin məhv edilməsini müşavirlərinə tapşırıb.

Feb 5, 2025 - 12:30
Tramp İranı hədələdi – “Daşınız daş üstündə qalmaz”

SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir. 

Agentlik yazır ki, Tramp ABŞ hökumətini Tehrana maksimum təzyiq göstərməyə çağıran sərəncam imzalayıb.

“Mən instruksiyalar qoymuşam, əgər onlar (İran – red.) bunu etsələr (Trampı öldürsələr, – red.), onlar məhv olacaq, heç nə qalmayacaq”, - deyə Tramp vurğulayıb.

AP nəzərə çatdırıb ki, federal hakimiyyət illərdir Tramp və digər administrasiya rəsmilərinə qarşı İranın təhdidlərini izləyir.

Qeyd edək ki, Tehranın nüvə silahı əldə etməsini dayandırmaq və neft ixracını sıfıra endirmək üçün Tramp İrana qarşı “maksimum təzyiq” kampaniyasını yeniləmək istəyir. 
   
Xatirə SADİQ