"Ruslar elə bilib ki, oğlum zarafat edir" - Maskın atası

Amerikalı milyarder İlon Musk raket istehsalı fəaliyyətinin başlanğıcında Rusiyada raket almaq istəyib.

Jun 11, 2025 - 00:12
"Ruslar elə bilib ki, oğlum zarafat edir" - Maskın atası

SAVASHMEDİA.az xəbər verir ki, bunu onun atası, mühəndis və biznesmen Errol Mask “Gələcəyin Forumu - 2050”də çıxışı zamanı deyib.

Lakin Rusiyada İ.Maskın arzusunu zarafat saydıqları üçün onu rədd ediblər.

E.Mask deyib: "O, Rusiyadan raket almağa çalışdı. Hamımızın bildiyi kimi, Rusiya ilk raketlərin vətənidir. Ona raket vermədilər, zarafat etdiyini düşündülər".

Atasının dediyinə görə, bundan sonra İ.Mask "SpaceX" şirkəti daxilində öz raket istehsalı ilə məşğul olmağa başlayıb.

Səlcuq