Flora Kərimova ilə qalmaqal yaşayan plastik cərrahın lisenziyası ləğv edildi

Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.  

Feb 5, 2025 - 12:14
Feb 5, 2025 - 12:15
Flora Kərimova ilə qalmaqal yaşayan plastik cərrahın lisenziyası ləğv edildi

Bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib. 

Qərara əsasən, Sevinc Heydərovanın platik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. 

Əldə etdiyimiz məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. 

Lent.az Sevinc Heydərova ilə əlaqə saxlamağa çalışsa da telefona köməkçisi cavab verib. 

O, sayta açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra qayıdacağını qeyd edib. 

Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib. 

"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib. 

SAVASHMEDİA.az xatırladır ki, estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimova arasında da qalmaqal yaşanıb. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Sevinc Heydərova edib. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.