Bu xəstəliklərdən əziyyət çəkənlər limon yeməsin – Həkimdən XƏBƏRDARLIQ!
“Limon c vitamini ilə zəngin olsa da, bəzi insanlara zərər verə bilər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Olqa Çistik deyib.
Həkim bildirib ki, qastrit, xora, reflüks, tonzillit kimi xəstəliklərlə mübarizə aparanlar limon yeməməlidir. Diş həssaslığı, allergiyası olanların da limondan uzaq durması məqsədəuyğundur.
Qastroenteroloq hamilə və əmizdirən qadınlara, üç yaşdan kiçik uşaqlara və mədəaltı vəzi problemi diaqnozu qoyulmuş insanlara limon istehlakını məhdudlaşdırmalarının tövsiyə edib.
Banu