Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın SEVGİ HEKAYƏSİ - Hər şey belə başlamışdı

Bu gün keçmiş nazir, general-leytenant Mədət Quliyevlə həyat yoldaşı Zəhra Quliyevanın ayrıldıqları barədə təsdiqlənməmiş məlumatlar yayılıb.

Jan 23, 2026 - 18:53
Jan 23, 2026 - 19:26
Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın SEVGİ HEKAYƏSİ - Hər şey belə başlamışdı

İddialara görə, bir müddət əvvəl ayrılan Zəhra Quliyeva və Mədət Quliyevin birgə nikahdan doğulan övladları anaları ilə qalır, Mədət Quliyev isə onların maddi təminatını tam şəkildə qarşılayır. 

Xatırladaq ki, bu iddianı tərəflərin heç biri təkzib etməyib. Sadəcə olaraq, Zəhra Quliyeva bu barədə "İnstagram" hesabında paylaşım edərək ona şəxsi həyatı ilə bağlı sual verilməməsini xahiş edib.

SAVASHMEDİA.az Mədət Quliyevlə Zəhra Quliyevanın sevgi hekayəsi ilə bağlı bəzi maraqlı məqamları oxucuların diqqətinə çatdırır. Beləliklə...

Gəncədən Bakıya...

Gəncədə doğulub böyüyən Zəhra 2007-ci ildə Bakıya oxumağa gəlib. Əvvəlcə Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil olub və oranı 2009-cu ildə fərqlənmə ilə bitirib. Elə həmin ildə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

Müsahibələrinin birində 9-cu sinifdə oxuyarkən “İnternews”un jurnalistika seminarlarına qatıldığını deyən Zəhra Gəncədə yaşayarkən “Gəncəbasar” qəzetinə 1-2 məqalə də verdiyini bildirib: "Amma 9-cu sinifdə oxuduğumu bildilər, dedilər ki, balaca, get, universitetə hazırlaş”. 

Jurnalistikanın uşaqlıq arzusu olduğunu deyən Zəhra 2009-cu ildə ANS telekanalıda keçirilən müsabiqəyə qatılıb və kanalda fəaliyyətə başlayıb.

ANS-in aparıcısı...

ANS telekanalında “Ağıl dəryası” verilişinin aparıcısı olan Zəhra "Space" telekanalında “Sənətkar” layihəsi ilə də izləyicilərinin görüşünə gəlib. İlk həyat yoldaşı olan Cavid Rüstəmov ilə də məhz ANS telekanalında tanış olub. Onlar 2011-ci ildə ailə qurublar. Bu evlilikdən Zəhranın Adelya adında bir qız övladı var. 

Zəhra 2013-cü ildə analıq məzuniyyəti səbəbi ilə ANS telekanalındakı işindən uzaqlaşıb. Elə həmin tarixdə onun keçmiş həyat yoldaşı Cavid Rüstəmov da telekanalla yollarını ayırıb.

Qəfil boşanma və yeni evlilik...

2017-ci ildə Cavid Rüstəmov və Zəhra Quliyevanın boşanma xəbərləri yayılıb. Bu haqda keçmiş həyat yoldaşı "Facebook" hesabında paylaşım edərək bu cümləni yazıb: “Həyatımda qəribə dəyişiklik baş verdi".

Zəhra isə şəxsi həyatı ilə bağlı bütün sualları cavabsız qoyub. Amma elə həmin ilin sonlarına doğru Zəhra Rüstəmovanın Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ovaxtkı rəisi, general-leytenant Mədət Quliyevlə ailə qurması haqda xəbərlər yayılıb.

Zəhra isə “Sara Xatun” jurnalına Quliyeva soyadı ilə müsahibə verərək evlilik xəbərinin doğru olduğunu təsdiqləyib.

Bu gün isə cütlüyün ayrılıq xəbəri yayılıb. Xəbərin yalan çıxması diləyi ilə...

Aytən