İran İsrailin iki döyüş təyyarəsini vurdu

Əl-Cəzirə telekanalının yaydığı məlumata əsasən, İran Silahlı Qüvvələri davam edən hərbi qarşıdurma zamanı ikinci İsrail döyüş təyyarəsini aşkarlayaraq vurub.

Jun 13, 2025 - 22:17
Jun 13, 2025 - 22:27
İran İsrailin iki döyüş təyyarəsini vurdu

SAVASHMEDİA.az xəbər verir ki, kanalın verdiyi xəbərə görə, təyyarə İranın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hadisənin baş verdiyi dəqiq ərazi və vurulan təyyarənin modeli barədə hələlik rəsmi açıqlama yoxdur.

İran tərəfi əlavə məlumatların yaxın saatlarda veriləcəyini bildirib. Rəsmi Təl-Əviv məsələyə münasibət bildirməyib.