Azərbaycanda da çox satılan bu şokolad XƏSTƏLİK YARADIR - FOTO
Dubay şokoladının ziyanı açıqlanıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, həkim-endokrinoloq Veronika Savenko şokoladın ürək-damar xəstəliklərinə səbəb olduğunu bildirib.
"Bu şokoladda mövcud olan həddindən artıq yağ və şəkər qanda şəkərin miqdarının yüksəlməsinə səbəb olur. Bu da insulin istehsalının artmasına və toxumaların zədələnməsinə gətirib çıxarır" - həkim bildirib.
Endokrinoloq həmçinin vurğulayıb ki, şokoladın içliyinə daxil edilən qoz, fındıq və fıstığın kalorisinin çox olması kökəlməyə səbəb olur.
Qeyd edək ki, bu şokolad Azərbaycanda da satılır və müğənnilər, blogerlər də daxil olmaqla kifayət qədər alıcısı var. Məsələn, müğənni Xatirə İslam öz sosial şəbəkə hesabından paylaşdığı bir videosunda Dubay şokoladını çox yediyini və buna görə çəkisinin artdığını qeyd edib.
Türkay