Türkiyədə daha bir zəlzələ oldu
Türkiyənin Qəhrəmanmaraş vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
SAVASHMEDİA.az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 10,53 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.