AzAL-ın sərnişin təyyarəsi qəzaya uğradı - Havada quş sürüsü ilə toqquşdu
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Bu barədə Azərbaycan Hava Yolları”ndan məlumat verilib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata əsasən, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Orda” və “Tengrinews” agentlikləri Qazaxıstanın Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.
Laynerin “Azərbaycan Hava Yolları”na məxsus olduğu bildirilib.
Qroznı hava limanının məlumatına görə, Bakıdan uçan J2 8243 reysi Moskva vaxtı ilə saat 8:20-də Çeçenistana çatmalı idi.
Qroznı hava limanının mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib ki, Bakıdan gələn təyyarə Çeçenistanın paytaxtında duman səbəbindən Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.
“Yandex.Travel” xidmətinin məlumatına görə, J2 8243 reysi təxminən 100 nəfəri qəbul edə bilən Embraer 190 təyyarəsi vasitəsi ilə həyata keçirilib.
Xatirə SADİQ