Qəzaya uğrayan təyyarədəkilərin hamısı... - Aktaudan yeni xəbər + VİDEO

Aktauda qəzaya uğğrayan təyyarədə Rusiya vətəndaşları olub.

Dec 25, 2024 - 11:43
Dec 25, 2024 - 12:17
Qəzaya uğrayan təyyarədəkilərin hamısı... - Aktaudan yeni xəbər + VİDEO

Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na  məxsus təyyarədə olanların hamısı Azərbaycan vətəndaşları deyil. 

SAVASHMEDİA.az xəbər verir ki, İlkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub

Qazaxıstanın “Tengrinews” portalı isə xəbər verib ki, uçuş zamanı təyyarə ekstern siqnalı verib. 

“Shot” telegram kanalının məlumatına görə, təyyarə hündürlüyə qalxmağa çalışsa da, qəfil trayektoriyasını dəyişərək düşməyə başlayıb. Qəzadan sonra yerdə yanğın başlayıb. 

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib ki, hadisə yerində 52 nəfər işləyir, 11 texnika cəlb olunub.

Qroznı hava limanının mətbuat xidmətindən “RİA Novosti”yə bildiriblər ki, duman səbəbindən təyyarə Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.

Xatirə SADİQ