Ermənistan azərbaycanlılara qarşı "Səfərov qanunu" hazırlayır? - ŞOK QADAĞALAR
"Güclü Ermənistan" siyasi alyansı Ermənistan parlamentində Azərbaycan vətəndaşları ilə bağlı yeni qanun qəbul etməyi təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, "Güclü Ermənistan" alyansının lideri Samvel Karapetyan hakimiyyətə gələcəkləri halda Azərbaycan vətəndaşlarının Ermənistanda daşınmaz əmlak almasını qadağan edən qanun qəbul edəcəklərini açıqlayıb.
Onun sözlərinə görə, qanun Azərbaycan vətəndaşlarının, eləcə də onlara məxsus şirkətlərin Ermənistanda torpaq, mənzil və digər daşınmaz əmlak almasının və ya hədiyyə kimi əldə etməsinin qarşısını almağı nəzərdə tutur. Təklif "Səfərovun qarşısının alınması haqqında qanun" adlandırılıb. Xatırladaq ki, qanun layihəsinin adı 2004-cü ildə Budapeştdə erməni zabiti Gurgen Marqaryanı öldürən azərbaycanlı zabit Ramil Səfərova istinadla seçilib.
Bundan əlavə, Karapetyan Azərbaycan vətəndaşlarının Ermənistanda 10 gündən artıq qalmasına da məhdudiyyət qoyulmasını təklif etdiklərini bildirib.
Qeyd edək ki, bu təşəbbüs Ermənistan parlamenti tərəfindən qəbul edilməyib və hazırda yalnız müxalif siyasi qüvvənin irəli sürdüyü qanun layihəsi kimi gündəmdədir.
Səlcuq