Dövlət SSRİ bayrağına görə həbs edilən Elçin Bayramlıya mənzil veribmiş - FAKT
SSRİ bayraqları ilə yürüş etməyə cəhddə təqsirləndirilərək həbs edilənlərdən biri olan "Səs" qəzetinin əməkdaşı Elçin Bayramlıya vaxtilə Jurnalistlər Binasından mənzil verilib.
SAVASHMEDİA.az xəbər verir ki, onun adı 2017-ci ildə dövlət tərəfindən jurnalistlər üçün tikilmiş yaşayış binasından ev alan şəxslər siyahısında olub.
Həmin vaxt Elçin Bayramlı "Səs" qəzetinin əməkdaşı kimi mənzillə təmin edilib.
Xatırladaq ki, Elçin Bayramlı SSRİ bayraqları ilə yürüş etməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Səlcuq