Özgür Özelin pişiyi də CHP-dən GETDİ

CHP-dən ayrılaraq Yeni Partini yaradan Özgür Özelin "Zəfər" adlı pişiyi artıq partiyanın baş qərargahında yaşamır.

Aug 3, 2026 - 13:44
Özgür Özelin pişiyi də CHP-dən GETDİ

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Zəfər Özgür Özelin komandası tərəfindən təhlükəsizlik məqsədilə CHP binasından çıxarılıb.

Özgür Özel bununla bağlı bildirib ki, polis əməliyyatı zamanı pişiyin zərər görməməsi üçün əvvəlcə o, xüsusi daşıma qəfəsinə yerləşdirilib. Daha sonra bibər qazından təsirlənməməsi üçün qəfəsin üzəri yaş dəsmalla örtülüb və Zəfər xüsusi liftlə yeraltı dayanacağa endirilərək avtomobillə təhlükəsiz yerə aparılıb.

Hazırda pişik etibarlı bir evdə saxlanılır. Bildirilir ki, Yeni Partinin qərargahı tam fəaliyyətə başladıqdan sonra Zəfər yenidən Özgür Özelin iş otağında yaşayacaq.

Qeyd edək ki, Zəfər uzun müddətdir Özgür Özelin CHP-dəki iş otağında yaşayırdı.

Oğuz