Şahin Diniyev bir kisə fındığa oyun satıb? - Açıqlama
"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi"yə uduzduqları oyundan (1:3) sonra maraqlı açıqlamalarla çıxış edib.
SAVASHMEDİA.az xatırladır ki, "Səbail"lə oyun Samir Abbasovun "Neftçi"nin baş məşqçisi kimi ilk matçı idi.
Bunu nəzərdə tutan jurnalist Şahin Diniyevə "Komandanız bu gün istəksiz görünürdü. Sanki Samir Abasovun debüt oyununda ona jest edirdiniz" sualına belə cavab verib:
"Çox sağ olun. Samir Abasov Qusardan bir kisə fındıq, bir kisə şabalıd gətirmişdi. Amma sualınızın ciddi cavabı odur ki, bu gün futbolda simpatiya mümkün olmayan bir şeydir. Bu gün kim kimə jest etməlidir? 15 xal qabaqda deyilik. 45+2-ci dəqiqədə qol buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı.Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır. Sırf oyuna görə uduzduq".
Oğuz