Nobel mükafatçısı müvəqqəti olaraq həbsdən buraxıldı

İran hakimiyyəti ölkənin ən tanınmış hüquq müdafiəçisi və Nobel mükafatçısı Nərgiz Məhəmmədinin 21 gün müddətinə həbsxanadan çıxmasına icazə verib.

Dec 5, 2024 - 17:40
Nobel mükafatçısı müvəqqəti olaraq həbsdən buraxıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Nəşr yazıb ki, dekabrın 3-də prokuror Nərgiz xanımın həbs müddətini üç həftə müddətinə dayandırıb. Bu, onun sağ ayağında keçirilmiş əməliyyatdan sonra sağlamlığını bərpa etmək məqsədilə atılıb. 

Qeyd edək ki, Nobel mükafatçısının ailəsi və vəkilləri həbsin üç ay dayandırılmasını tələb edirdilər. “On ildən artıq həbsdən sonra Nərgis Məhəmmədi təhlükəsiz sanitar şəraitdə ixtisaslaşmış tibbi yardıma ehtiyac duyurdu, bu, əsas insan hüququdur. Həkimlərin vurğuladığı kimi, onun sağalması üçün ən azı üç aylıq reabilitasiya lazımdır”, - deyə onun fondundan bildirilib. 

Azərbaycanəsilli ictimai fəal evinə təcili yardım maşınında göndərilib. Bunun üşün onun təcili yardıma pul ödəməsi lazım olub, çünki bu xidmət İran hakimiyyəti tərəfindən subsidiya olunmur.

Xatirə SADİQ