Milli Məclisin sabiq deputatı vəfat etdi - FOTO

Sosial Ədalət Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mətləb Mütəllimli vəfat edib.

Apr 7, 2026 - 23:57
Milli Məclisin sabiq deputatı vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq. Yas mərasimi aprelin 9-da Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 

O, 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilib. 

M.Mütəllimli bir müddət Baş prokurorun birinci müavini vəzifəsində işləyib. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin sərəncamı ilə vəzifəsindən azad edilib. 

1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllmli I çağırış Milli Məclisin deputatı seçilib.

Ailəli idi, üç övladı var.

Mətləb Mütəllimli