Ərdoğan Zelenskinin bu xahişini RƏDD ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə səfərində istədiyini ala bilməyib.
SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Dolmabahçe sarayındakı görüş zamanı Rəcəb Tayyib Ərdoğana ölkəsinə göndəriləcək mayeləşdirilmiş təbii qazın İstanbul boğazı vasitəsilə nəqlini təklif edib.
Mətbuat hökumətin bu xahişi qəbul etməyəcəyini yazıb.
Məlumata görə, yüksəkvəzifəli hökumət rəsmisi “Middle Easy Eye” nəşrinə verdiyi açıqlamada mayeləşdirilmiş təbii qaz tankerinin dar və çətin relyefi olan İstanbul boğazına ciddi risk yaradacağını və hər hansı bir partlayışın insan həyatına, bölgənin mədəni irsinə zərər verə biləcəyini qeyd edib. Rəsmi bildirib ki, bu səbəblərdən Türkiyə hökuməti Ukraynanın təklifinə mənfi cavab verəcək.
Banu