İlon Mask Avropaya gəlməkdən qorxur? - “Bild”

Amerikalı milyarder İlon Mask Avropaya, xüsusən də Almaniyaya getməkdən qorxur. 

Apr 28, 2025 - 12:55
İlon Mask Avropaya gəlməkdən qorxur? - “Bild”

SAVASHMEDİA.az xəbər verir ki, bunu alman blogeri Naomi Zaybt “Bild” nəşrinə deyib.

“Almaniya üçün Alternativ” (AfD) partiyasının 24 yaşlı tərəfdarı iddia edir ki, bu, onun üçün çox təhlükəlidir. 

Onun sözlərinə görə, Mask ona şəxsən məktub yazıb və Avropada özünə qarşı sui-qəsd cəhdindən qorxduğunu etiraf edib.

“Və bu, təkcə qorxu deyil. Onun ehtiyatlanmaq üçün səbəbləri var. Heç kim təhlükənin nə qədər böyük olduğunu təsəvvür edə bilməz”, - deyə bloqqer əlavə edib.

Onun versiyasına görə, “dərin dövlət aparatı” Maskın ovlanması ilə məşğuldur, çünki milyarder “ABŞ və Avropa hökumətlərində tiran hərəkatlərini ifşa edir”. 

Qeyd edək ki, Zaybt antisemitizmdən tutmuş açıq sui-qəsd nəzəriyyələrinə qədər qalmaqallı ifadələrinə görə dəfələrlə tənqid olunub. Lakin o, özünü “Maskın Almaniya haqqında əsas məlumat mənbəyi” adlandırmaqda davam edir.

Xatirə SADİQ