İranın bu ölkədəki 3 baş konsulluğu bağlandı
Almaniyanın xarici siyasət idarəsi İranın bu ölkədəki bütün baş konsulluqlarını bağlamaq qərarına gəlib.
SAVASHMEDİA.az “DPA” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Almaniya və İran vətəndaşı Cəmşid Şarmaxdın İslam Respublikasında edam edilməsi olub.
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Tehrandakı səfirini məsləhətləşmək üçün vətənə qaytarıb. Bundan başqa, İranın müvəqqəti işlər vəkili XİN-nə çağırılıb.
İran iqtidarına qarşı çıxan və ölkədə monarxiyanın bərpasının tərəfdarı olan “Tondar” qrupunun liderlərindən biri olan Cəmşid Şarmaxd bu ilin fevralında “korrupsiya, terror aktlarının planlaşdırılması və yönləndirilməsi ilə dövlətə xəyanət” ittihamı üzrə edam cəzasına məhkum edilib. Hökm oktyabrın 28-də icra olunub.
Xatirə SADİQ