“Onları yeyib, sümüklərini tüpürməliyik” – Kennedidən İran ÇAĞIRIŞI
“Vaşinqton atəşkəs başa çatdıqdan sonra İrana qarşı hərbi əməliyyatları yenidən başlamalı və bu ölkəyə maksimum zərbə endirməlidir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-li senator Con Kennedi deyib.
Senator bildirib ki, İran hazırda əvvəlki ilə müqayisədə daha zəif vəziyyətdədir və ABŞ bu vəziyyətdən istifadə edərək İranı tamamilə məhv etməlidir:
“Onları tamamilə yeyib, sümüklərini tüpürmək lazımdır”.
Qeyd edək ki, ABŞ və İranın qarşılıqlı hücumları dayandırmaq və iyunun 30-da Dohada Hörmüz boğazı ilə bağlı məsləhətləşmələr keçirmək barədə razılığa gəldiyi bildirilib. Bundan başqa, Vaşinqton və Tehran arasında münaqişəyə son qoymağı nəzərdə tutan sülh memorandumu imzalandığı barədə məlumat yayılıb.
Banu